Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də güclü yanğın: Məşhur ulduzların evləri alova büründü - 100 mindən çox sakin təxliyə edildi
ABŞ-nin Los-Anceles bölgəsində baş verən yanğınlar səbəbindən getdikcə daha çox insan evlərini tərk etmək məcburiyyətində qalır. Artıq 52 mindən çox Pasadena sakininin təxliyəsi, 46 mindən çoxunun isə buna hazırlaşması barədə xəbərdarlıq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Həmçinin Sakit Okean Palisadesinin 30 mindən çox sakini Los-Ancelesin şimal-qərbindəki təpələrdə yerləşən evlərini tərk etməyə məcbur qalıblar. Malibunun San Flores bölgəsinin sakinlərinə də təxliyə əmri verilib.
Ümumilikdə təxliyə 100 mindən çox insanı əhatə edir.
Artıq yanğınlar nəticəsində iki nəfərin öldüyü təsdiqlənib.
Milli Meteoroloji Xidmət xəbərdarlıqlara və təlimatlara ciddi yanaşmağa çağırır.
ABŞ-nin Los-Anceles şəhərini əhatə edən meşə yanğını sakinlərin təxliyəsinə səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN məlumat verib.
Jurnalistlərin məlumatına görə, yanğın olan ərazidə 27 minə yaxın insan yaşayır.
Çox sayda ABŞ-li məşhurun yaşadığı Pasifik-Paliseyds şəhərinin prestijli hissəsində məcburi təxliyə tətbiq edilib. Güclü külək səbəbindən alov aktiv şəkildə yayılır. Yanğın sahəsi hazırda üç kvadrat kilometrdən çoxdur.
Yanğın artıq 311 hektardan çox ərazini bürüyüb. Yaşayış binaları və infrastruktur obyektləri yanır. Bu ərazidə Cennifer Eniston, Bredli Kuper, Tom Henks, Riz Uizerspun, Adam Sendler, Ben Afflek və digər şou-biznes ulduzları yaşayırlar. Artıq yerli kinostudiyalar insidentlə əlaqədar bir sıra premyeraların ləğv edildiyini bəyan ediblər. Səlahiyyətlilər şəhərə dəyən ziyanı hesablayacaqlar, lakin ilkin olaraq bu, milyonlarla dollar dəyərində qiymətləndirilir.
Aktyor Ceyms Vuds hətta öz evindən görüntülər paylaşıb ki, kadrlarda yanğının onun ərazisinə çox yaxınlaşdığı əks olunub.
"Sadəcə, xəbər verirəm ki, biz uğurla təxliyə oluna bilmişik. Mən bilmirəm hazırda evimiz yerindədirmi, lakin təəssüf ki, bizim kiçik küçəmizdəki evlər artıq yoxdur", - deyə o bildirib.
Həmçinin yerli KİV-in məlumatına görə, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki iqamətgahı da hazırda yanğınla bağlı təxliyə zonasına düşüb. Harrisin evi təxliyə zonasının şərq tərəfində yerləşir.
Vitse-prezident özü isə hazırda Vaşinqtondadır.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-li aparıcıdan maraqlı ifadə: "Kanadanı işğal etmək istəyirəm"
- ABŞ-də güclü yanğınlar səbəbindən aktyorluq sənəti üzrə mükafatlandırma mərasimi ləğv edildi
- Tramp Kanadanı ABŞ-nin tərkibinə qatır? - "Britaniya hərəkətə keçə bilər"
- ABŞ-də cinsi oriyentasiyasına görə tərxis edilən 30 mindən çox veteranla bağlı qərar verildi
- ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi
Rəylər