"Qastronomiyaya Dövlət Turizm Agentliyi tərəfindən önəm verilir. Araşdırmalar sübut edir ki, Azərbaycanın nəinki ölkə daxilində, həm də qlobal miqyasda qastronomiya turizminin inkişafı üçün böyük potensialı var".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, sözügedən dövlət qurumu tərəfindən verilən sözlərin böyük hissəsi icra olunub:
"Peşəkar aşpazların yetişdirilməsi ilə bağlı kurslar, təlimlər keçirilib. Azərbaycanın qastronomiya turizmini tanıtmaq üçün beynəlxalq tədbirlərdə iştirak etmişik. Komandamız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə edib".
Məhərrəm Əliyev