Parisin Apellyasiya Məhkəməsi "Real Madrid"in hücumçusu Kilian Mbappenin PSJ futbol klubuna 60 min avro təzminat ödəməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məlumata əsasən, sözügedən cərimə 2025-ci ildə Fransa təmsilçisinin bank hesablarının bloklanmasına görə kompensasiya xarakteri daşıyır.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında, "Real"a keçidindən sonra futbolçu sabiq klubuna qarşı 60 milyon avro məbləğində iddia qaldırmışdı. Onun sözlərinə görə, PSJ ona çatacaq bonus və mükafatları ödəməyib. 2025-ci ilin yazında bu işə məhkəmədə baxılıb. Məhkəmə prosesi fonunda hücumçunun vəkilləri Paris klubunun bank hesablarına həbs qoyulmasını tələb etmişdilər. May ayında PSJ-nin vəsatəti ilə bu tədbir ləğv edildi. Lakin artıq dekabr ayında məhkəmə klubdan oyunçunun xeyrinə təxminən 61 milyon avronun tutulması barədə qərar çıxarmışdı.
Qeyd edək ki, Mbappe 2024-cü ildən etibarən "Real"ın şərəfini qoruyur.