Rusiya baş naziri Dmitri Medvedevin Tvitter hesabı sındırılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün baş nazirin rəsmi səhifəsində istefaya getmək istəməsi ilə bağlı statuslar yer alıb:
“İstefaya gedirəm, bundan sonra fotoqraf olacam. Hökumətin fəaliyyətindən utanıram. Üzr istəyirəm”.
Hökumətin mətbuat xidmətindən isə bildirilib ki, baş nazirin hesabı hakerlər tərəfindən ələ keçirilib.