Məhəmməd peyğəmbərin karikaturasını dərc edən "Jyllands-Posten" Danimarka qəzetinin redaktoru Fleminq Rouz Nobel mükafatının namizədləri siyahısına düşüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, islam peyğəmbəri Məhəmmədin 12 karikaturası 2005-ci ildə sentyabr ayının 30-da Danimarkanın "Jyllands-Posten" qəzetində dərc edilərək özünüsenzura və söz azadlığı barədə məqaləyə illüstrasiya olub. Rəsmlər digər qəzetlər tərəfindən də yenidən nəşr edilib. Bu hadisə islam dünyasında böyük rezonans doğurdu: bir sıra müsəlman ölkələrində kütləvi etiraz aksiyaları keçirildi. Şəkillərin müəlliflərinin bəziləri hədələr ucbatından gizlənməli oldular.
Rouzun namizədliyini Norveç parlamentinin üzvü Maykl Tetzşner irəli sürüb.
"Söz azadlığının əyilməz müdafiəçisinə mükafatın verilməsi, bu azadlığı dinc vətəndaşlara qəddar hücumlar, eləcə də insanların dinc həyatına mane olmaqla dəf etməyə çalışanların uğur qazanmayacağının əlaməti olacaq", - nobel komitəsinə yazdığı məktubunda Tetzşner bildirib.
Hal-hazırda Roma Papası və Edvard Snouden namizədlər siyahısına üçüncü dəfə düşüblər, 2015-ci il mükafatçıları siyahısında həmçinin Rusiyanın "Novaya qazeta" və Səudiyyə Ərəbistanından Raif Badav da var.