Malayziya məhkəməsi qərar alıb ki, “Allah” sözünü yalnız ölkədə yaşayan müsəlmanlar dilə gətirə bilərlər.
Bununla da, ölkədə güclənməkdə olan dinlərarası mübahisələr fonunda aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib.
Hökumətin qəbl etdiyi qərarı dəstəkləyən hakim bəyan edib ki, “Allah” sözü xristian dininin ayrılmaz tərkib hissəsi deyil və onu qeyri-müsəlmanlar istifadə edərlərsə, bu, cəmiyyətdə ziddiyyətlər doğura bilər, Oxu.Az BBC-nin Rus xidmətinə istinadən xəbər verir.
Mühafizəkar müsəlmanlar məhkəmənin qərarını alqışlasalar da, Malayziyanın xristian icmasının nümayəndələri artıq çox əsrlərdir ki, İslamdan əvvəl peyda olmuş ərəb sözündən istifadə etdiklərini və məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər.