Meksika həbsxanasında məhbuslar qiyam qaldırıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "La Razon" qəzeti məlumat verib.
Məlumata görə, etiraz aksiyası təxminən 12 saat davam edib və hadisə nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Yeddi məhbus həlak olub, 11 nəfər yaralanıb. İğtişaşlar məhbusların həbsxananın bir neçə zonasına nəzarəti ələ keçirməyə müvəffəq olan və "Sombra" kimi tanınan cinayətkar qruplaşmanın davamlı olaraq qəsbkarlığına və təcavüzünə etiraz kimi başlayıb", - deyə məlumatda bildirilib.
Nəşrin məlumatına görə, asayişin bərpa edilməsi üçün həbsxanaya milli ordu və polis göndərilib. Ölkə rəsmiləri hadisəni törədənləri müəyyənləşdirmək və təfərrüatı öyrənmək üçün araşdırmalara başlayıblar.
Ekspertlər əmindirlər ki, insident adi "məhbuslar arasında dava"dan qat-qat ciddidir - bu, kompleks həll tələb edən struktur problemindən xəbər verir.