Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meksika Hərbi Dəniz Qüvvələri tarixdə ən böyük narkotik partiyasını müsadirə edib
Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyi Miçoakan ştatının sahil bölgəsində 8.3 tondan çox çəkisi olan, nazirliyin mövcudluğu tarixində ən böyük narkotik partiyasını müsadirə edib.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.
"Hərbçilər əməliyyat zamanı həcminə görə rekord sayılan təxminən 8 361 kq qanunsuz yük müsadirə ediblər. Lazaro-Kardenas şəhərinin (Miçoakan ştatı) cənub-qərbində 23 ehtimal olunan qanun pozucusu saxlanılıb, altı kiçik qayıq həbs edilib", - deyə respublikanın Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib.
Qeyd olunub ki, sürətli qayıqlar patrul zamanı aşkar edilib. Gəmilər arasında üç asma mühərriki olan, təxminən 15 metr uzunluğunda yarımsualtı qayıq da olub. Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, onun göyərtəsindən ümumi çəkisi 2 179 kq narkotik maddələrlə dolu olan 93 bağlama müsadirə edilib.
Rəylər