Meksikada koronavirusla bağlı ölüm hallarının daha əvvəl açıqlanandan 60 faiz çox olduğu bildirilib.
Bu barədə “Hürriyet” yazıb.
Ölkədə koronavirusla bağlı ölüm hallarının statistikası yenilənib və ölüm hallarının sayının 321 min olduğu vurğulanıb.
Bununla da Meksika dünyada koronavirusdan ölüm hallarının sayına görə ABŞ-dan sonra ikinci pilləyə yüksəlib.