Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Meksika polisi yolun ortasında kəsilmiş başlar və cəsədlər tapdı
Meksikanın Xalisko ştatında Milli Qvardiya əməkdaşları yolda başsız insan cəsədləri və qurbanların başlarını aşkar ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli prokurorluq məlumat yayıb.
Bildirilir ki, Laqos-de-Moreno şəhərindən San-Luis-Potosiyə gedən yolda tapılan beş kişi cəsədi qara polietilen torbalarda olub.
Həmçinin polis qurbanların başlarının olduğu bir torba tapıb. Onların yaşı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Xaliskoda narkotik kartellərinin və təhlükəsizlik qüvvələrinin iştirakı ilə küçə toqquşmaları və vandalizm aktları bir aydan çoxdur davam edir. Bu hadisələr Meksikalı narkotik alverçisi Xoakin Qusmanın oğlu Xoakin Qusman Lopesin və ən böyük Meksika narkotik kartelinin həmtəsisçisi 76 yaşlı İsmael Sambada Qarsiyanın ABŞ-də həbsindən sonra başlayıb.
"Meksika" teqi üzrə xəbərlər
- Trampın rüsumları əks-təsir verdi: Amerikalılar indidən "ağrı hiss edirlər"
- Serxio Ramosun yeni komandası bəlli oldu - Meksika klubuna keçir
- Pentaqon rəhbəri Meksika narkokartellərinə qarşı xüsusi hərbi əməliyyatların anonsunu verdi
- ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir
- Qorxunc əlamət: Meksika çimərliyində "Qiyamət günü balığı" tapıldı
Rəylər