ABŞ-ın Arizona ştatının gömrük-sərhəd xidmətinin əməkdaşları narkotiklərin Amerika-Meksika səddinin üzərindən atılması üçün sərhəddə katapult aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Əldəqayırma katapult keçən həftə Duqlas keçid məntəqəsində aşkar edilib. Qurğu kvadrat borulardan və ağır yaylardan qaynaq vasitəsilə düzəldilib. Katapultun bəzi hissələri kəndirlə sarılıb.
Xidmət əməkdaşları həmçinin iki dövləti ayıran hasarın yanında bir neçə adam da görüblər, amma onlar gizlənə biliblər. Ətrafı nəzərdən keçirən gömrük-sərhəd xidmətinin əməkdaşları ümumi çəkisi 21 kq olan iki kisə marixuana tapıblar.
Gömrük-sərhəd xidməti hadisə barədə səlahiyyətli orqanlara məlumat veriblər. Katapult ərazidən çıxarılıb və amerikalı sərhədçilər tərəfindən sökülüb.
N.O.
www.oxu.az