Meksikanın Mexiko ştatında iqtidar İnqilab partiyasının şöbəsinə hücum nəticəsində ən azı dörd nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Prensa latina” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, silahlı şəxslər binaya daxil olublar, həmin an partiyanın qubernatorluğa namizədinin reklamı ilə məşğul olan fəalların məvacibləri paylanılırdı. Hadisə nəticəsində dörd nəfər ölüb, ölənlərdən üçü polis idi.
Məlumata görə, atışma nəticəsində daha üç polis yaralanıb.
Cinayətkarların çoxu hadisə yerindən qaçsa da bir nəfərin saxlanıldığı haqqında məlumat yayılıb.
N.О.
www.oxu.az