Meksikanın Puebla ştatındakı Uitsilan de Serdan bələdiyyə administrasiyasının rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bələdiyyə sədri Manuel Ernandes Pasyon avtomobilində güllələnib.
Qeyd edək ki, Meksikada yaşayış məntəqəsinin rəhbərinin qətlə yetirilməsi birinci hal deyil.
A.S.
www.oxu.az