Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Meksikada neft emalı zavodunda güclü yanğın – VİDEO
Meksikanın dövlət neft-qaz kompaniyası olan “Petroleos Mexicanos”a məxsus neft emalı zavodunda güclü partlayış, ardınca isə yanğın baş verib.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, “Petroleos Mexicanos”un rəhbərliyi tərəfindən verilən məlumata əsasən, partlayış nəticəsində insan təlafatı olmayıb.
Qeyd olunur ki, insident Meksikanın Oaxaka ştatının Salina Kruz şəhərində baş verib.
Hazırda yanğının nəzarət altına alındığı bildirilir.
Salina Kruz şəhərinin aidiyyatı qurumları tərəfindən sakinlərə müraciət olunaraq insanlara təşvişə düşməmək xahiş olunub.
Meksikada neft emalı zavodunda güclü yanğın – VİDEO
"Meksika" teqi üzrə xəbərlər
Ən çox oxunanlar