Meksikanın paytaxtı Mexiko şəhərində və ətraf əyalətlərdə radioaktiv materiallarla dolu konteynerin oğurlanması səbəbindən yüksək dərəcəli həyəcan siqnalı elan edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın mülki müdafiə məsələləri üzrə milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.
Məlumata görə, həyəcan siqnalı altı ştat ərazisində elan edilib.
İnsidentin təfərrüatları açıqlanmır.
N.О.