Meksikada iyunun 6-da keçiriləcək yerli seçkilərlə əlaqədar ilin əvvəlindən bəri onlarla siyasətçi öldürülüb.
“Haber Global”ın məlumatına görə, bu barədə “Etellekt Consultores” adlı təşkilat xəbər verib.
Con el asesinato de la candidata de Movimiento Ciudadano a la alcaldía de #Moroleón, Guanajuato, Alma Barragán, suman 88 los políticos asesinados en #Elecciones2021MX (34 de ellos aspirantes y candidatos a puestos de elección). pic.twitter.com/JuuGPFxoGv
— Etellekt Consultores (@etellekt_) May 26, 2021
Bildirilir ki, il başlayandan bəri 200 sui-qəsd cəhdi edilib ki, bunun da nəticəsində 88 siyasətçi həyatını itirib. Qurbanlardan yeddisi qadın olub.
Son sui-qəsdin qurbanı isə 34 yaşlı Alma Barragan olub. O, bir gün əvvəl seçki kampaniyası çərçivəsində insanlarla görüşərkən silahlı hücuma məruz qalıb.
Eyni gün Akapulko bələdiyyə başçılığına namizəd Xose Alberto Alonso Gutyerrezə də sui-qəsd təşkil edilib, lakin o, hücumdan xilas ola bilib.
Xalq etibarlı seçki mühitinin yaradılması üçün hökumətdən kömək gözləyir.