Meksikanın San-Miqel Sakaola yaşayış məntəqəsində yerləşən pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub.
Oxu.Az bu barədə "El Universal" qəzetinə istinadla xəbər verir.
Bildirilib ki, dağıntıların aradan qaldırılması üzrə işlər indiyə kimi davam edir. Bu səbəbdən ölü sayının artacağı ehtimal olunur.
Qeyd edilir ki, Meksikada pirotexnikanın kustar istehsalı tez-tez bu cür faciələrə gətirib çıxarır.