Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Merkel Gürcüstanda a kapella oxudu - VİDEO
Almaniya kansleri Angela Merkel gürcü qonaqpərvərliyindən təsirlənərək, “Şvidkatsa” ansamblı ilə kapella oxuyub.
Oxu.Az “MİR 24” telekanalına istinadla xəbər verir ki, kansler Gürcüstana səfərinin ilk günündə təntənəli qəbul zamanı çıxış edib.
Həmçinin, səfərinin birinci günündə Merkel Tbilisi funikulyoruna minib, Mtatsminda dağından Gürcüstanın paytaxtına baxıb və gürcü çaxırını dadıb.
“Tbilisiyə gələndə sərhədçiləriniz məni saxladı və soruşdu: uzunmüddətli gəlmisiniz? Mən cavab verdim ki, bir günlük buradayam. Onlar isə dedilər: belə olmaz, siz Mtsxetiyə səfər edə bilməcəyəksiniz. Və mən onlara vəd etdim ki, növbəti dəfə mütləq ora gedəcəyəm. Gürcü-alman dostluğunun şərəfinə içmək istəyirəm”, - o deyib.
Cümə günü Almaniya hökumətinin rəhbəri Zaqafqaziya turu çərçivəsində Ermənistana gedəcək. Bundan sonra isə Merkelin təyyarəsi Azərbaycan paytaxtına eniş edəcək.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər