Mərkəzi Afrika Respublikasının (MAR) qərbində yerləşən Nana-Mambere əyalətində qızıl mədəninin uçması nəticəsində ən azı 30 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata əsasən, bir neçə saat ərzində xilasedicilər və yerli sakinlər dağıntılar altından 30 cəsədi çıxara biliblər.
Bildirilir ki, şaxtada hələ də insanların qaldığı ehtimal edilir, lakin onların dəqiq sayı məlum deyil. Hadisənin başvermə səbəbləri barədə hələlik açıqlama verilmir, ərazidə xilasetmə əməliyyatları davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12