Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mərkəzi Afrika Respublikasının Prezidenti Qabon üçün vasitəçi seçilib
Mərkəzi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECCAS) Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Fosten-Arkanca Tuaderi Qabon üzrə öz koordinatoru təyin edib.
Bu barədə ECCAS-ın rəsmi portalında yerləşdirilən məlumatda bildirilib.
“ECCAS-ın keçirdiyi iclas zamanı Mərkəzi Afrika Respublikasının Prezidenti Tuader Qabondakı siyasi prosesin koordinatoru təyin edilib və ona Qabonun bütün partiyaları və tərəfdaşları ilə ölkədəki vəziyyətin mümkün qədər tez konstitusiya nizamına qaytarılması üçün danışıqlara başlamaq səlahiyyəti verib”, - deyə məlumatda qeyd edilib.
ECCAS həmçinin Qabonda hərbçilər tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsini pisləyib.
Qabon üçün ECCAS-ın təcili iclasının sentyabrın 4-də çağrılması nəzərdə tutulur.
Qeyd edək ki, 1983-cü ildə yaradılan ECCAS hazırda Anqola, Burundi, Qabon, Konqo Demokratik Respublikası, Kamerun, Konqo Respublikası, Ruanda, San-Tome və Prinsipi, Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineyanı birləşdirir. 2000-ci ildə ECCAS-a üzv olan ölkələr regionda təhlükəsizliyin qorunması üçün birgə tədbirləri nəzərdə tutan saziş imzalayıblar.
Mənbə: Rambler.ru
"Anqola" teqi üzrə xəbərlər
- Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
- Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
- Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir
- Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
Rəylər