Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur aktrisa xərçəngin sümüklərinə yayıldığını açıqlayıb - FOTO
“Charmed” və “Beverly Hills, 90210” seriallarının ulduzu Şannen Doerti xərçəng xəstəliyinin 4-cü mərhələsi aşkar edilib. Xərçəng artıq sümüklərə yayılıb.
Bu barədə o, müsahibəsində bildirib.
“Mən ölmək istəmirəm. Mən hələ yaşamımı sonlandırmamışam. Mən hələ də sevməyə davam edirəm. Mən yaradıcılığıma son qoymamışam. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümidimi itirməmişəm”, - deyə 52 yaşlı aktrisa bildirib.
Qeyd edək ki, 2015-ci ildə Doertiyə süd vəzisinin xərçəngi diaqnozu qoyulub. 2017-ci ildə müalicə kursundan sonra remissiya baş verib, lakin üç il sonra müayinə zamanı ulduza 4-cü mərhələdə bədxassəli şiş diaqnozu qoyulub. 2023-cü ilin iyun ayında o, pərəstişkarlarına beyindəki metastazlar və əməliyyat olunduğu haqqında məlumat verib.
Şennen Doerti “iHeartRadio”da memuar üslubunda “Gəlin aydınlıq gətirək” (Let's Be Clear) adlı podkastını təqdim etmək qərarına gəlib. O, televiziya və kino karyerası, xərçənglə səkkiz illik mübarizəsi və s. haqqında danışacaq. İlk buraxılış dekabrın 6-a planlaşdırılıb.
Mənbə: snob.ru
"Onkoloji xəstəliklər (xərçəng)" teqi üzrə xəbərlər
- Şahzadə Harrinin xərçəng xəstəsi olan atasını niyə ziyarət etməməsinin səbəbi açıqlandı
- Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir
- Sistem əhəmiyyətli bank nədir və onların meydana gəlməsi normaldırmı?
- Alman həkimlər xərçəngin altı əsas əlamətini müəyyənləşdiriblər
- Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər