Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məşhur avtomobil modelinin ən güclü versiyası təqdim edildi
"Porsche" şirkəti rəsmi olaraq "Panamera Turbo S E-Hybrid"in yeni versiyasını təqdim edib.
Oxu.Az motor1.com-a istinadən xəbər verir ki, bu, seriyanın indiyə qədər mövcud olan ən güclü avtomobilidir.
"Porsche Panamera Turbo S E-Hybrid" iki turbinli 4.0 litrlik 591 at güclü benzin mühərriki, səkkiz pilləli qoşa muftalı avtomatik transmissiya və 187 at gücünə malik quraşdırılmış elektrik mühərrikindən ibarət hibrid güc aqreqatı ilə təchiz edilib. Bütün sistemin ümumi gücü 771 at gücünə çatır. Avtomobil 0-dan 60 mph (0-97 km/saat) sürəti cəmi 2,8 saniyəyə yığa bilir və maksimal sürəti 325 km/saatdır.
Yeni "Panamera Turbo S E-Hybrid" üçün əvvəlcədən sifarişlər artıq açıqdır. Onun qiyməti - 228,5 min dollardan (təxminən 388,5 min manat) başlayır.
"Porsche" teqi üzrə xəbərlər
- Trampın rüsum siyasəti dünya iqtisadiyyatına baha başa gəlir
- "Volkswagen" və "Porsche"nin hibridi satışa çıxarıldı
- "Porsche" tank istehsal edəcəyinə dair xəbərlərə aydınlıq gətirib
- Rusiyada kişi arvadına hədiyyə aldığı "Porsche" avtomobilini zibil qutusuna atdı
- Almaniyada 500 at gücündə VAZ-2101 satışa çıxarılıb