Məşhur erməni sahibkarı “Levon Amirxanyan” MMC-nin direktoru Abram Amurxanyan intihar edib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, fevralın 16-da saat 10:40-da “Nor Açin” tibb mərkəzinə Parqevaşen rayonunda yanında silah olan insan meyiti tapıldığı barədə məlumat daxil olub.
Müəyyən edilib ki, 08:30-da 61 yaşlı “Levon Amirxanyan” MMC-nin direktoru Abram Amurxanyan öz evinin yataq otağında tapançadan atəş açaraq özünü öldürüb.
Qeyd edək ki, 2005-ci ildə təsis edilmiş şirkət çoxmənzilli evlərin, çoxfunksiyalı binaların tikintisi ilə məşğul olur.
Şirkətin son zamanlar maliyyə problemləri olub.