Amerikalı reper Afromen konserti zamanı həbs olunub. “Because I Got High” hitinə görə 2002-ci ildə Qremmi mükafatı almış artist Missisipidə konsertində qadını vurub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı müğənni səhnədə gitara çalarkən bir qadın ona yaxınlaşıb rəqs etmək istəyib. Bu zaman müğənni qadını vuraraq onu nokauta göndərib. Polis müğənnini dərhal həbs edib.