Rusiyanın Kaluqa vilayətinin qanunverici iclasının deputatları saxta nikahlara görə cinayət məsuliyyətinə cəlb edilməyi tələb edirlər. Söhbət Rusiya vətəndaşları ilə vətəndaşlıq və ya müvəqqəti yaşayış icazəsi almaq üçün nikaha daxil olan xarici vətəndaşlardan gedir. Bu gün Dövlət Duması Rusiya Federasiyası Cinayət Məcəlləsində müvafiq düzəlişləri birinci oxunuşda nəzərdən keçirəcək.
Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, Məcəlləyə yeni 322.2 “Qanunsuz Rusiya Federasiyası vətəndaşlığı, RF-də müvəqqəti yaşamaq izni almaq” maddəsinin alınması təklif edilir. Qanunu pozanlar 3 il azadlıqdan məhrum edilə, icbari işlərə cəlb oluna və ya 100-300 min rubl arası cərimə oluna bilərlər.
Qanun layihəsinin müəlliflərinin iddia etdikləri kimi, saxta nikahlara olan tələbat yetərincə böyükdür. Belə ki, 2010-cu ildən 2013-cü ilə qədər Kaluqa vilayətində RF vətəndaşları ilə “ailə qurmaq məqsədi olmadan və pul mükafatı müqabilində” Tacikistan, Azərbaycan, Ermənistan, Ukraynadan gəlmiş vətəndaşlar arasında nikahlar pozulub.