Şimali Koreya lideri Kim Çen In imicini dəyişib. O, siyasi büronun üzvləri ilə Phenyanda keçirilən son görüşündə öz yeni saç düzümünü hamıya nümayiş etdirib. Amerika jurnalı “People” Inın yeni saç düzümünün populyar aktyor Uil Smitin saçına bənzərliyinə diqqət yetirib.
Nəşr həm də siyasətçinin qaşlarını korrektə etdirməsini də qeyd edib. Yeni imici olan Kimin şəkilləri anında internetdə yayılıb, Oxu.Az “Rossiya 24”ə istinadən xəbər verir.
KXDR rəhbərinin imicində dəyişməyən yeganə şey ənənəvi kostyum-gödəkçə, “frenç”dir.
