Fevralın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti soyuq olacaq. Güclü külək əsəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
E.Ə.
www.oxu.az