Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
Məşhur türkiyəli aktrisa Merve Dizdarın özəl şirkətdə biznesin inkişafı üzrə menecer işləyən əri Cihan Ayger aktyorluq sektoruna ilk addımını atıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Cihan Ayger Merve Dizdarın baş rolunu oynadığı "Maqarsus" serialının ikinci və üçüncü bölümlərində kamera qarşısına keçib.
Aktrisa ərinin ilk aktyorluq cəhdini uğurlu hesab edib.
"Cico, sənin həyəcanından, o gözəl qəlbindən öpürəm. Heç vaxt unutmayacağım daha bir xatirə, canım mənim", - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, bir çox tanınmış serial və filmlərdə rol alan və son zamanlar "Kral kaybederse" serialındakı performansı ilə diqqət mərkəzində olan Merve Dizdar 9 iyun 2024-cü ildə Cihan Aygerlə ailə həyatı qurub.
"Merve Dizdar" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisanın əyləncəli hamiləlik görüntüləri - FOTO
- Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi
- “CinemaPlus”da “Tamirhane” türk tragikomediya filminin nümayişi başlayıb - VİDEO
- “Masumlar Apartmanı”nın Gülbeni ilk dəfə boşanmasından danışdı: “Məşhur olduğu üçün ayrıldı dedilər, amma...”
- Məşhur serialın FİNAL tarixi bəlli oldu