Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Masumlar Apartmanı”nın Gülbeni ilk dəfə boşanmasından danışdı: “Məşhur olduğu üçün ayrıldı dedilər, amma...”
Məşhur türkiyəli aktrisa Merve Dizdar qatıldığı televiziya proqramında maraqlı açıqlamalar verib.
Yeni mövsümdə rəqəmsal platformada yayımlanacaq serialda rol alan aktrisa iki mövsüm oynadığı “Masumlar Apartmanı” serialından bəhs edib.
O, “Psixoloji dəstək aldınızmı?” sualına cavabında dəstək aldığını deyib.
“Bəli, aldım. Bir gün evdə bütün pərdələri bağlayıb oturmuşdum, halbuki həmişə pərdələri açıram ki, Günəş şüaları girsin. Prodakşn şirkəti gəlib məni evdən aparana qədər eləcə oturmuşam, fikrə getmişəm... Ezgi, mən, Birkan... hamımız “məhv olduq”.
Hətta sürücülük vəsiqəmi də “Masumlar Apartmanı”ndan sonra almışam. Maşını aldım, qəribə bir azadlıq hiss etdim”, - deyə Merve qeyd edib.
Merve Dizdar keçən il boşandığı həyat yoldaşı Gürhan Altundaşardan da danışıb.
“Məşhur olduğu üçün ayrıldı dedilər, amma elə deyil... Gürhan bu həyatda ən çox güvəndiyim insanlardandır”, - deyə aktrisa vurğulayıb.
Mənbə: Haber Global
Rəylər