RF-nın Udmurtiya Respublikasında məşqçi voleybolçu qızları vəhşicəsinə döyüb.
REN TV-nin xəbərinə görə, Qlazov şəhərində idman məktəbində baş verən bu hadisənin görüntüləri yayılıb.
Respublikanın İdman naziri Aleksandr V. “İki il əvvəl baş verən hadisədən videosu yayılandan sonra yeni məlumatımız olub. Məşqçinin bu davranışını qəbuledilməz hesab edirəm. Bu, təlim-məşqçilik və idman etikasına ziddir”, - deyib.
Onun sözlərinə görə, uşaqlar həyatda və idmanda toxunulmazdır, buna bənzər metodlar tətbiq edilməməlidir.
Qeyd edək ki, məşqçi işdən qovulub, hadisə araşdırılır.