"İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi MLS müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda (2:2) növbəti qolunu vurub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 39 yaşlı argentinalı üçün bu qol mövsümdə 19-cu, karyerasında isə 928-ci olub.
Messi "Dallas"ın oyunçusu Petar Musanı (18 qol) geridə qoyaraq çempionatın bombardirlər yarışında təkbaşına liderliyə yüksəlib.
O, MLS-dəki məhsuldar seriyasını yeddi oyuna çatdırıb. Messi bu müddət ərzində öz aktivinə yeddi qol və dörd məhsuldar ötürmə yazdırıb.
"İnter Mayami" 25 oyundan sonra 45 xalla Şərq konfransının turnir cədvəlində 2-ci yeri tutur. "Neşvill" isə 54 xalla liderlik edir.