Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Lionel Messi iddialı açıqlama verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Messi özünün hər dəfə keçmiş futbolçu Diyeqo Armando Maradona ilə müqayisə edilməsindən təngə gəldiyini bildirib:
“Məni hər dəfə Maradona ilə müqayisə edirlər. Bu, düzgün deyil. Mən hələ dünya kubokuna sahib olmamışam. Nə zaman dünya kuboku qazansam, onda Maradona ilə müqayisə edərsiz”.