Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov Pakistana səfər edəcək
Sabah Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək.
Oxu.Az xəbər verir ki, məlumat Pakistanın xarici işlər nazirliyinin saytında dərc edilib.
Məlumatda qeyd olunur ki, səfər zamanı M.Cabbarov Baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşəcək. O, baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
Ən çox oxunanlar