Makedoniya və Yunanıstan sərhədində mindən çox miqrant toplaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Sputnik agentliyinə BMT-nin qaçqınlar üzrə ali komissarlığının koordinatoru Aleksandros Vulqaris deyib.
“Yunanıstan və Makedoniya Respublikası sərhədində böyük növbə yaranıb. Minlərlə insan sərhədi keçmək üçün öz növbəsini gözləyir”, - Vulqaris bildirib.
BMT-nin məlumatına əsasən, Makedoniya sərhədini hər gün 3 minə yaxın qaçqın keçir. Onların əksəriyyəti müharibədən qaçan Suriya vətəndaşlarıdı.
Vulqaris qeyd edib ki, BMT Makedaoniya sərhədində toplaşan və sərhədi keçə bolməyən qaçqınlara humanitar yardım göstərir: onlara zəruri miqdarda su və qida verilir.