Xəbər verdiyimiz kimi Mutlu Kaya bir müddət əvvəl Diyarbəkirdə silahlı hücuma məruz qalmışdı.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 gün komada qaldıqdan sonra oyanan Kaya Sibel Candan (red.- Sibel Can yardım edəcəyinə söz versə də, sözünün üstündə durmayıb) giley edərək “Ondan nifrət edirəm” demişdi. Sibel Cana qarşı bu hissləri daşıyan Mutlu Kayaya əslində ən böyük dəstəyin məşhur müğənni İbrahim Tatlısesdən gəldiyi məlum olub.

Tatlıses bir müddət əvvəl gənc ifaçının müalicə aldığı Gülhane Hərbi Tibb Akademiyasında (GATA) onunla görüşmüşdü. Kayanın əlini öpən Tatlıses sosial şəbəkədə paylaşdığı şəklə “Hücuma məruz qalmış bir-birindən qiymətli iki insan. Birinin adı Mutlu, birinin adı İbrahim, ikisi də çox xoşbəxtdir. Maraqlıdır, şeytana uyub bunu edənlər xoşbəxtdirlərmi? Sən xoş gəldin, sənə Allahdan sağlamlıq diləyirəm” sözlərini qeyd etmişdi.

Mutlunun günahsız olduğunu deyən İbonun gənc ifaçıya nəğd 5 min TL yardım etdiyi, oğlu İdonun anası Derya Tunanın isə ona geyim göndərdiyi məlum olub.

Aytən Sadıqzadə
www.oxu.az