Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan Bayramı ilə əlaqədar küçələrə çıxıb.
Oxu.Az-ın Rusiya KIV-ə istinadən xəbərinə məlumatına görə, bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar.
Rəsmilər bayraam namazı ilə bağlı məscidlərə 160 min insanın gəldiyini bildiriblər.
Məlumata əsasən, heç bir fövqəladə və kriminal hal baş verməyib, qanuna tam riayət edilib.