Misir aviasiyası Liviyadakı mövqeləri bombardman edib.
Bu barədə Reuters bildirib. “İslam dövləti”nə məxsus obyektlər bombardman edilib, Oxu.Az Lenta-ya istinadən xəbər verir.
Bu əməliyyat 21 xristian - Misir balıqçısının edamının qisasıdır.
Edamı “İslam dövləti” yaraqlıları həyata keçirib.
Bundan sonra Misir prezidenti Əbdülfəttah əs-Sisi “Misir qətllərin qisasını almaq və müvafiq tədbirləri görmək haqqını özündə saxlayır” bəyanatı ilə çıxış edib.