Misirin şimalında yerləşən Qarbiya vilayətinin El-Mahalla-el-Kubra şəhərində toxuculuq fabrikində güclü yanğın baş verib. Hadisə nəticəsində ən azı səkkiz nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
Oxu.Az bu barədə Misir Səhiyyə Nazirliyinə istinadla xəbər verir.
Bildirilir ki, faciə yerinə 26 təcili yardım maşını göndərilib, yaralılar tibb müəssisələrinə çatdırılıblar.
Bundan başqa fabrikin binası qismən uçub. Xilasetmə komandaları dağıntılar altında qalan insanların axtarışı əməliyyatını həyata keçirirlər.
Yanğının səbəblərini müəyyən etmək üçün araşdırma başlanılıb.