Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
Gürcüstanın sabiq prezident Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.
"Həbsxana qrafiki səbəbindən yalnız bu gün, gecikmə ilə, Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verə bilirəm. Həlak olanların ailələrinin kədərini bölüşür və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Prezident İlham Əliyevin hərəkətlərinə heyranlığımı bildirməyə bilmərəm. O, prinsipial mövqe tutaraq, ən yüksək ləyaqət nümayiş etdirərək və xalqının əsl lideri kimi davranaraq, bütün həqiqəti söylədi", - deyə Mixail Saakaşvili bildirib.
"Mixail Saakaşvili" teqi üzrə xəbərlər
- Gürcüstanda Mixail Saakaşvilinin partiyası qadağan ediləcək
- Mixail Saakaşviliyə yeni həbs cəzası verildi
- Mixail Saakaşvili ona oxunan hökmə münasibət bildirdi: "Ömürlük həbsə məhkum edildim"
- Gürcüstan parlamentinin sədri Brüsseli riyakarlıqda ittiham etdi
- Gürcüstan məhkəməsi Saakaşvili ilə bağlı qərar verdi