Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mixail Yefremovun azərbaycanlı vəkili məhkəmədə sensasiya vəd etdi
Rusiyanın Əməkdar artisti Mixail Yefremovun maraqlarını təmsil edən azərbaycanlı vəkil Elman Paşayev məhkəmədə sensasiya vəd edib.
Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.
“Səbir, bir az səbir edin. Məhkəmədə hər şeyi öyrənəcəksiniz. Bu, sensasiya olacaq. Ancaq hələlik təfərrüat yoxdur”, - deyə E.Paşayev jurnalistin “sükan arxasında başqa şəxsin oturduğunu sübut etmək planlaşdırılırmı?” sualına cavab verərkən deyib.
Vəkil əlavə edib ki, müvəkkili üçün andlılar məhkəməsinin keçirilməsini istəyir, lakin M.Yefremovun mühakimə olunduğu maddə üzrə məhkəmə prosesinin belə forması nəzərdə tutulmur.
“Belə bir fürsət olsaydı, xüsusən də topladığım dəlillərdən sonra, dərhal bu barədə tələb irəli sürərdim”, - deyə Elman Paşayev vurğulayıb.
Söhbət zamanı vəkili M.Yefremovun bəraət almasına hazırlaşdığını etiraf edib. O, praktikasında azadlığa buraxılma ilə başa çatan oxşar halların olduğunu bildirib.
Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sonuncunun sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Aktyorun özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.
Rusiyanın Əməkdar artisti RF Cinayət Məcəlləsinin “səhlənkarlıq nəticəsində bir insanın ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozma” maddəsi ilə ittiham olunur. Bu maddə üzrə maksimum cəza 12 il müddətinə həbsdir.
Mixail Yefremov baş verən ölümcül qəzada özünü təqsirli bilməyib.
Mövzuya aid xəbərlər
- Azərbaycanlı vəkildən Yefremovun törətdiyi qəza ilə bağlı gözlənilməz açıqlama
- Azərbaycanlı vəkil Yefremovun qəzada özünü təqsirli bilməməsini şərh edib
- Azərbaycanlı vəkil: “Yefremovdan ağlasığmaz məbləğdə təzminat istəyirlər”
- Azərbaycanlı vəkil: “Yefremov ürəktutması keçirib”
- Azərbaycanlı vəkil: “Yefremov oliqarx deyil”
Rəylər