ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin çərşənbə axşamı Moskvaya etdiyi səfər iki ölkənin xüsusi xidmət orqanları arasındakı əlaqələrlə bağlı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "The Washington Post" (WP) nəşrinə açıqlamasında bildirib.
Rusiya liderinin sözçüsü Retkliffin səfəri ilə bağlı başqa heç bir əlavə təfərrüat təqdim etməyib. O, həmçinin vurğulayıb ki, MKİ rəhbəri Con Retklifflə Rusiya Prezidenti Vladimir Putin arasında hər hansı bir təmas nəzərdə tutulmayıb.
Qeyd edək ki, çərşənbə axşamı "Axios" portalı və "CBS" telekanalı Retkliffin görüşlər keçirmək məqsədilə Rusiyaya gəldiyini elan etmişdi.