Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
Mobil telefondan müntəzəm istifadə ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Alimlər 2006-2010-cu illər arasında mobil telefonlardan istifadə tezliyi barədə məlumat təqdim edən 444 min britaniyalının qeydlərini təhlil ediblər. Onlar təxminən 12 il müddətində müşahidə altında saxlanılıb. Mobil telefonlardan müntəzəm istifadə (həftədə ən azı bir zəng), xüsusilə siqaret çəkənlər və diabetli insanlarda ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olub.
"Pis yuxu rejimi və psixi sağlamlıq problemləri, sirkad ritmlərinin pozulması, endokrin və metabolik pozğunluqlar, eləcə də iltihabın artması ürək-damar xəstəliklərinin inkişafına mənfi təsir göstərə bilər" , - deyə alimlər qeyd ediblər.
Tədqiqatın müəllifləri həmçinin bildirirlər ki, mobil telefonların radio tezlikli elektromaqnit şüalanmasına tez-tez məruz qalma iltihaba, bir çox xəstəliyin risk faktoruna səbəb ola bilər.
Tədqiqata dair redaksiya məqaləsində işdə iştirak etməyən alimlər qeyd ediblər ki, iştirakçıların cəlb edilməsi müasir smartfonların geniş yayılmasından əvvəlki dövrə təsadüf edib. Telefonlar indi zəng etməkdən daha çox mətn mesajları göndərmək və əyləncə üçün istifadə olunur. Buna görə də, tədqiqatın nəticələrinin aktuallığı yeni işlər tərəfindən təsdiq edilməlidir.
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ
- Yatmazdan əvvəl meyvələrdən imtina etmək niyə vacibdir? - Həkimin xəbərdarlığı
- Suyun düzgün saxlanılmaması fəsadlara səbəb ola bilər
- Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR
- Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI
Rəylər