Dnestryanı parlamenti BMT, ATƏT və Rusiyaya Dnestryanı Moldova Respublikasının yaradılması barədə təklif göndərib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Dnestryanı Moldova Respublikasının tanınması üçün Rusiya prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasına, həmçinin BMT və ATƏT-ə təklifin göndərilməsi barədə qərar qəbul edilib.
Parlamentdə həmçinin qeyd edilib ki, 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97%-i Rusiyanın tərkibində Dnestryanı Moldova Respublikasının yaradılmasına səs vermişdi.