İspaniyada ölkə kuboku “Copa Del Rey”in qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, finalda iki əzəli rəqib – “Real Madrid” və “Barcelona” klubları qarşılaşıblar.
Görüşdə hesab 11-ci dəqiqədə açıb. Anxel Di Mariya topu rəqib qapısından keçirib. “Barcelona”nın cavab topu özünü çox gözlədib – yalnız 68-ci dəqiqədə Bartra hesabı bərabərləşdirib – 1:1.
86-cı dəqiqədə Qaret Beylin vurduğu sonuncu qol görüşün taleyini həll edib və “Real Madrid” 2:1 hesabı ilə qalib gələrək, 19-cu dəfə İspaniya kubokunu başı üzərinə qaldırıb.