Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Həsən bəy Zərdabi və Hakim Abbasov küçəsinin kəsişməsində qeydə alınıb. Rəşad Səfərovun idarə etdiyi 90 HL 081 dövlət nömrə nişanlı “Honda Aссord”la Kamil Allahverdiyevin idarə etdiyi 90 CC 836 nömrəli “VAZ 2106” toqquşub.
Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü Kamil Allahverdiyev xəsarət alıb. “Honda”nın sürücüsü Rəşad Səfərov isə hadisə yerindən qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, “Honda”nın sürücüsü içkili olub və işıqforun qadağanedici işığında yolu keçməyə cəhd edib.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda tıxac yarandığından hər iki avtomobil hadisə yerindən evakuasiya olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.