Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Monqolustanda parlament seçkisinin nəticələri məlum oldu
2016-cı ildən hakimiyyətdə olan Monqolustan Xalq Partiyası iyunun 28-də ölkənin Dövlət Böyük Xuralına (parlament) seçkidə yenə də səs çoxluğunu qazanıb.
Bu barədə ölkənin Baş Seçki Komissiyasının informasiya mərkəzindən məlumat verilib.
Parlament seçkisinin ilkin nəticələri göstərib ki, səkkiz ildir hakimiyyətdə olan Xalq Partiyası 500 min 123 səs toplayıb. İkinci yerdə 429 456 seçicinin səs verdiyi ana müxalifət Demokrat Partiyasıdır. İşçi Milli Partiyası 146 665 səslə üçüncü olub.
Beləliklə, bu üç partiya majoritar sistemlə yeni parlamentdə 78 yer qazanacaq. İlkin olaraq Xalq Partiyası 50, Demokratlar 26, İşçi Partiyası iki mandat əldə edəcək. Proporsional sistemə görə, 48 deputat dörd faizlik baryeri aşan partiyaların siyahısından parlamentə keçəcək.
Mənbə: TASS
13:20
Monqolustanda ölkə tarixində ən əhatəli parlament seçkisi keçirilir.
Məlumata görə, Monqolustanda ölkənin Dövlət Böyük Xuralının (birpalatalı parlament) yeni tərkibini müəyyən etmək üçün bu gün seçkiyə start verib.
Qeyd edək ki, Monqolustan parlamentində 126 yer uğrunda 21 partiya və koalisiyadan 1 336 namizəd mübarizə aparır.
Mənbə: Anadolu
Rəylər