Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova bürünc medal uğrunda görüşə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, türkiyəli Şirin Askara ilə qarşılaşıb.
Görüş rəqibin üstünlüyü ilə başa çatıb - 10:4.
Qeyd edək ki, G.Şirinova 1/4 final mərhələsində Tasmin Athimni (Tunis) ilə görüşdə məğlub olsa da, təsəlliverici görüşdə monqolustanlı rəqibi Azzaya Battulqadan üstün olmuşdu.
Xatırladaq ki, mübarizəyə qoşulan digər qadın güləşçilərimiz mübarizəni medalsız başa vurublar.
Yarışa avqustun 2-də yekun vurulacaq.
40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova Bakıdakı keçirilən güləş üzrə U17 dünya çempionatında təsəlliverici görüşə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Monqolustandan olan Azzaya Battulqaya ilə qarşılaşıb.
Görüş təmsilçimizin vaxtında əvvəl qələbəsi ilə başa çatıb - 10:0.
Qeyd edək ki, G.Şirinova 1/4 final mərhələsində Tasmin Athimni (Tunis) ilə bacarmamışdı.