45 kq-da mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ikinci görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Luka Dotiyaşvili ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb 5:4.
Qeyd edək ki, daha əvvəl yalnız İbrahim Həsənov (51 kq) yarımfinala çıxmağı bacarmışdı.
45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl Tunar Quliyev (71 kq), Elcan Həsənov (51 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olmuşdular.
Yalnız İbrahim Həsənov (51 kq) 1/4 finala çıxmağı bacarmışdı.