Azərbaycan güləşçiləri Bakıda keçirilən U17 dünya çempionatında çıxışlarını başa vurublar.
Oxu.Az xəbər verir ki, komandalarımız yarışı ümumilikdə yeddi medalla tamamlayıblar.
Belə ki, sərbəst güləşçilərimizdən yalnız İbrahim Həsənov (51 kq) fəxri kürsüyə qalxmağı bacarıb. O, yalnız finalda məğlub olaraq gümüş medal qazanıb.
Yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.
Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qadın güləşçilərimizdən isə fəxri kürsüyə qalxan olmayıb.