Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, həlledici görüşdə iranlı Benyamin Cəfər Aşofteh Mayvanla qarşılaşıb.
Görüş rəqibin qələbəsu ilə başa çatıb - 5:1. Beləliklə, İ.Həsənov çempionatın gümüş medalına sahib olub.
Qeyd edək ki, İbrahim Həsənov debütdə gürcüstanlı Giorgi Narimanidzeni (4:2) üstələyib. Güləşçimiz 1/4 finalda hindistanlı Qovind Qovində heç bir şans tanımayıb - 10:3. Həsənov yarımfinalda isə rusiyalı İslam Kuraxmayevə 10:6 hesabı ilə qalib gəlib.
Bununla da azərbaycanlı sərbəst güləşçilər dünya çempionatını bir medalla başa vurublar.
Bu gün Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq.
O, həlledici qarşılaşmada iranlı Benyamin Mayvanla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatının bürünc medalına sahib olublar.